


Prezident
İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam
imzalayıb.
ARB 24
xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Ramiz Mehdiyev dövlət
idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə
görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsinə təsdiq
edilməsi haqqında da sərəncam imzalayıb.
Dövlət başçısı Mikayıl Cabbarovun Vergilər Naziri vəzifəsindən azad edilərək
İqtisadiyyat Naziri təyin olunması haqqında da sərəncamlar imzalayıb.
Ölkə başçısının digər sərəncamları ilə elmin inkişafı sahəsində uzunmüddətli və
səmərəlifəaliyyətinə görə, Akif Əlizadəni 1-ci dərəcəli “Əmək” ordenini, teatr
sənətinin inkişafındakı xidmətlərinə görə, Lyudmila Semyonovna Duxovnaya “Şöhrət”
ordeni ilə təltif edib.
ARB 24