


Bakı Dövlət Universiteti ilə "ARB 24” telekanalı arasında
imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində "ARB 24 NewsLab" təlim
proqramına start verilib.
Müsahibə mərhələsindən uğurla keçən Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsinin 10 tələbəsi 3 ay müddətində praktik təlimlərə cəlb
ediləcək. İkisi BDU Jurnalistika fakültəsinin Tele-radio studiyasında, biri isə
"ARB 24" telekanalında olmaqla həftədə 3 məşğələnin keçirilməsi
planlaşdırılır. Təlim proqramını uğurla başa vuranların 50 faizi “ARB 24”
telekanalında işlə təmin olunacaq.
.jpg)


