Ünvanlı sosial yardımlar artırılır - VİDEO



"Ehtiyac meyarı və yaşayış minimumunun bərabərləşdirilməsi vacib idi. Çünki ehtiyac meyarı ünvanlı sosial yardıma müraciət zamanı nəzərə alınır və yardımın məbləği buna əsasən müəyyənləşdirilir".


Bunu Milli Məclisin üzvü Vüqar Bayramov "ARB 24"ün efirində deyib.


Onun sözlərinə görə, məsələn ailədə 5 nəfər varsa, bu zaman ailədəki 5 nəfərin xərci ehtiyac meyarına vurulur: "Növbəti il üçün bu məbləğ 246 manatdır və bu zaman 5 246-ya vurulacaq. Həmin ailənin gəliri ehtiyac meyarından çıxılır və qalan fərq dövlət tərəfindən ödənilir. Bu baxımdan gəlir dəyişmirsə, ehtiyac meyarı nə qədər artarsa, fərq də o qədər böyüyür. Nəticədə ünvanlı sosial yardımda ailəyən ödənən vəsaitin həcmində artım olur".


V. Bayramov qeyd edib ki, ehtiyac meyarı və yaşayış minimumunun bərabərləşdirilməsi daha həssas qrupların daha böyük məbləğdə yardım almasına şərait yaradacaq: "Bu fakt onu göstərir ki, 2023-cü ildə ünvanlı sosial yardım çərçivəsində ailələrə ödənən vəsaitin həcmində artımlar müşahidə olunacaq".





26 Oktyabr 2022 16:02