Yeni açılmış ARB 24 telekanalı daha bir yeniliyə imza atıb.
Uzun müddətdir efirlərdən uzaq düşən məşhur xəbər aparıcısı Günay Yelmarqızı yenidən efirlərə qayıdıb.
Belə ki, təxminən bir ay öncə Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi vəzifəsinə
təyin olunan aparıcı, bu işindən ayrılmadan, paralel olaraq ARB 24 də
çalışacaq.
3 dekabrdan etibarən tamaşaçıları ARB 24-də salamlayan məşhur sima, həftə içi hər
gün saat 21:00, 23:00 və 00:00-da xəbərlər proqramı ilə tamaşaçıların qarşısında
olacaq.