


Azərbaycanda
20-40 yaşlı insanların qızılca-məxmərək əleyhinə peyvəndləmə işlərinin mayın
sonunadək davam etməsi nəzərdə tutulur.
Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin
(RGEM) direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, yerlərdə vaksin ehtiyatı qaldığından bu tədbirlərin həyata
keçirilməsi davam etdirilir. Apreldən indiyədək ölkədə 110 mindən çox 20-40
yaşlı şəxs qızılca-məxmərək əleyhinə peyvənd edilib.
ARB 24