


"Ermənistan
anlamalıdır ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın
güddüyü siyasi nəticələri verməyəcəkdir. Azərbaycan ərazilərinin işğalına əsaslanan
status-quo dayanıqlı deyil və qəbuledilməzdir"
XİN-nin Laçının işğalının 27-ci ildönümü ilə bağlı yaydığı bəyanatda belə
deyilir.
Bəyanatda bildirilir ki, 27 il bundan öncə, 18 may 1992-ci il tarixində, keçmiş
Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu Ermənistan
silahlı qüvvələri tərəfindən işğal olunub.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz siyasətinin davamı olan Laçın rayonunun
işğalı nəticəsində bölgənin əhalisi etnik təmizləməyə məruz qalıb və
hal-hazırda 77.518 nəfər Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi
köçkün qismində yaşayır.
ARB 24