


Dövlət
İmtahan Mərkəzi (DİM) tərəfindən 2019-cu il mart ayı ərzində keçirilən
ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının I mərhələsinin
və aprelin 7-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış
imtahanlarının nəticələri elan olunub.
İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytında öz imtahan nəticələri,
cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların
doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə
meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə
şkalası) ilə tanış ola bilərlər.
ARB 24