


“Azərbaycan
iqtisadiyyatın bir sıra sahələrində olduğu kimi, maliyyə sektorunda da uğurlu
islahatlar aparıb. Bu isə dövlət büdcəsi gəlirlərinə müsbət təsir edib”.
Bunu Bakıda keçirilən “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional
Forumu”nda (“2019 Asian Development Public Debt Management Forum") çıxış
edən maliyyə naziri Samir Şərifov deyib.
“Görülən işlər nəticəsində Azərbaycan Dünya Bankının "Doing Business
2019" hesabatında ən çox islahat aparan 10 ölkə arasındadır” - nazir qeyd
edib.
ARB 24