


Əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin 10 gün ərzində verilməsi təklif
olunur.
Məsələ, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
iclasında müzakirəyə çıxarılıb.
“Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə əsasən ölkə ərazisində əmək
fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş
icazəsinin verilməsi müddətinin uzadılmasına görə alınan dövlət rüsumları
artırılır.
Belə ki, mövcud qanunvericiliyə görə, əmək fəaliyyəti ilə məşğul olmaq üçün, əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi 20 günə verilir. Dəyişiklikdə iş
icazəsinin 10, 15 və 20 iş günü müddətinə verilməsi təklif olunur.
ARB 24