


“Prezident İlham
Əliyev 2019-cu ildə və ortamüddətli dövrdə Azərbaycanda makroiqtisadi və
maliyyə sabitliyinin dərinləşdirilməsi, onun dayanıqlığının artırılması ilə
bağlı tədbirlər planının hazırlanması üçün Nazirlər Kabinetinə göstəriş verib”.
ARB 24 xəbər verir ki, bu barədə
AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat
verib. Onun sözlərinə görə, bu tədbirlər planının layihəsi artıq hazırdır.
“Bu tədbirlər planı artıq müvafiq qaydada hazırlanaraq aidiyyatı üzrə təqdim
olunub. Bu gün bu sənəd Azərbaycan höküməti və Prezident İlham Əliyevin sərəncamı
ilə yaradılmış Maliyyə Sabitliyi Şurasında müzakirə olunmaq üçün diqqət mərkəzindədir.
Bütün sənədlərin qüvvədə olmasına baxmayaraq makroiqtisadi qurumların
koordinasiyası ilə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyini təmin etmək
üçün cari ildə əlavə işlər, ortamüddətli dövrdə islahatlar həyata keçirməyi
planlaşdırırıq. Lazımı islahatları həyata keçirək ki, bütovlükdə makroiqtisadi
idarəetməni yaxşılaşdıraq və gücləndirək, bununla da gələcəkdə digər amillərin
təsirini effektli neytrallaşdıra bilək”, - E.Rüstəmov vurğulayıb.