


“SOCAR
Turkey” şirkəti İstanbul Yeni Hava Limanında maye yanacaqdoldurma məntəqələri
ilə gün ərzində 10 min nəqliyyat vasitəsini yanacaqla təmin edəcək.
Bu barədə “SOCAR Turkey” şirkətinin rəhbəri Zaur Qəhramanov bildirib.
Onun sözlərinə görə, SOCAR istehlakçıların ehtiyaclarını hava limanının
ayrı-ayrı sahələrində yerləşən 9 yanacaq doldurma məntəqəsi vasitəsi ilə təmin
edəcək.
“Dünyadakı ən böyük hava limanı olan İstanbul Hava Limanında işə başlaması
SOCAR üçün strateji və mühüm bir məsələdir”, - deyə Z. Qəhramanov əlavə edib.
Qeyd edək ki, “SOCAR Turkey” İstanbulun yeni hava limanına təyyarə yanacağının əsas
tədarükçülərindən biri kimi də tenderin qalibi olub, yeni hava limanına
ildə 700 min ton təyyarə yanacağı çatdırılacaq.
ARB 24