


"ASAN
xidmət" modeli 8 ölkədə implementasiya olunacaq.
Bunu "Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə" adlı
"myGov" portalının təqdimat mərasimində çıxış edən Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, bu konsept 2015-ci ildə BMT dövlət xidmətləri forumunda
dövlət xidmətinin çatdırılması kateqoriyasında 1-сi yerə layiq görülüb və bütün
BMT-nin üzv ölkələrinə bu modelin tətbiqi tövsiyə olunub.
"Bunun nəticəsində 8 ölkədə "ASAN xidmət" modelinin implementasiya
ilə bağlı işlər gedir və bununla bağlı beynəlxalq sazişlər bağlanıb", -
deyə Ü. Mehdiyev bildirib.
O həmçinin qeyd edib ki, cari ilin iyun ayında BMT-nin Dövlət Xidmətləri Forumu
Bakıda keçiriləcək. Bu, BMT-nin baş qərargahı tərəfindən Bakıda Agentliklə birgə
keçiriləcək ilk tədbirdir.
ARB 24