


Azərbaycanda
vaqonların saxlanılmasi üçün iki depo tikilir.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov
deyib.
Onun sözlərinə görə, dəmiryolu deposunun genişləndirilməsi üçün Fransanın
İnkişaf Agentliyi ilə müqavilə mövcuddur:
"Biləcəri və Gəncədə depo tikilir. Yəni, vaqonların alınması üçün beynəlxalq
yollarda (Xarkov, Moskva, Tbilisi) 50-ə yaxın sərnişin qatarı, 4 min də yük
vaqonu olsa dəmiryolunun vəziyyətini düzəltmiş olarıq".
C.Qurbanov, həmçinin əlavə edib ki, üç il ərzində Azərbaycan 875 km dəmiryolu dəyişdirilib.
ARB 24