


"Ermənistan
və Azərbaycan cəmiyyətlərinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin
çağırışlarına uyğun olaraq, sülhə hazırlanması üçün ilk növbədə atılmalı
addımlar məhz Ermənistanın təcavüz və işğalçılıq siyasətindən əl çəkməsi ilə əlaqədardır".
Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın
“Kommersant” qəzetində müsahibəsində deyib.
Müsahibədə nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll
olunması kontekstində onun tarixçəsinə və nizamlanmasının beynəlxalq hüquqi çərçivəsinə
bir daha nəzər salıb, hazırkı mərhələdə aparılan danışıqlar prosesindən Azərbaycan
tərəfinin gözləntiləri barədə şərhlər verib.
ARB 24