


Bakı Şəhər
İcra Hakimiyyəti (BŞİH) paytaxtda müşahidə olunan güclü küləklə əlaqədar sakinlərə
və sürücülərə xəbərdarlıq edib.
BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi
Orxan Məmmədov bildirib ki, güclü küləyin müşahidə edilməsi, bununla bərabər
ağacların hazırda inkişaf etmə mərhələsində olması onların aşma təhlükəsini
artırır. Belə külək hətta sağlam ağacları da aşıra bilər:
"İndi ağaclar inkişaf etmə mərhələsində olduqlarından onların aşma təhlükəsi
əvvəlki aylara nisbətən daha çoxdur. Buna görə də sürücülərdən xahiş edilir ki,
maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında
dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür".
ARB 24