


Bakı Olimpiya Stadionunda "UEFA Avropa Liqası"nın möhtəşəm
finalını Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri
də izləyib.
"Arsenal" və
"Çelsi" komandaları arasında keçirilən final oyununun açılış mərasimində
İngiltərəli DJ Conas Blu, Olimpiya Stadionuna toplaşan azarkeşlərə unudulmaz
anlar yaşadıb. O, səhnəyə 150 rəqqasla birgə çıxıb.
Şərq ilə qərbin qovuşduğu Bakıda təşkil olunan möhtəşəm gecədə Conas Blunun bənzərsiz
ifası azarkeşlərin alqışları ilə qarşılanıb.
ARB 24