


Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq
haqqında sazişə əsasən, iyunun 7-dən 11-dək Naxçıvanda “Sarsılmaz
qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimi keçiriləcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimə hazırlıq çərçivəsində iki
qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.
Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq
taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki
“Ümid” körpüsünə doğru yürüşə başlayıb.
Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Qars şəhərindən Sədərək sərhəd-keçid
məntəqəsinə doğru yürüş edib.
“Ümid” körpüsü üzərində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən
sonra iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.
ARB 24