


“Google Play
Store” onlayn-mağazası yeni “Google Material Design” dizayn-sistemi çərçivəsində
yenilənib. Artıq əsas rəng ağdır, əlavə rənglər isə yaşıl,
qırmızı və göydür. Bölmələrin bir qismi (oyunlar, filmlər və kitablar) ekranın
yuxarı hissəsindən aşağıya köçürülüb.
“Mənim tətbiqlərim və oyunlarım” bölməsindən tətbiqlərin bloklarını ayıran
zolaqlar itib. Musiqilə bağlı bölmə artıq əlavə pəncərə tutmur, onu
yan tərəfdə yerləşən naviqasiya panelində tapmaq olar. “9to5Google” qeyd
edir ki, o, “YouTube Music”lə daha az rəqabət aparacaq.
Qeyd edək ki, yenilənmiş “Play Store 15.1.24” versiyası tədricən yayılır, lakin
onu sərbəst quraşdırmaq mümkündür.
ARB 24