


Türkiyədə
iriölçülü “Quran” kitabı sərgilənib.
Türkiyənin Dəyanət Vəqfi tərəfindən hər il Ramazan ayında təşkil olunan 38-ci
Türkiyə Kitab və Mədəniyyət sərgisində İstanbulun Böyük Çamlıca məscidində
nümayiş olunan “Quran” böyük marağa səbəb olub.
Kitabın ağırlığı 70 kq təşkil edir. Ölçüsü 71X98 sm, qalınlığı isə 9 sm-dir.
Bununla da Türkiyədə ən böyük “Quran”ı ərsəyə gətirən mətbəəçi Mustafa Cüflük
deyib:
“Müqəddəs kitabın ilk ayəsində deyildiyi kimi, “Quran” divardan asılmaq üçün
deyil, oxumaq üçün nazil olub”.
Nəhəng kitabın hazırlanması dörd ay vaxt aparıb.
ARB 24