


2019-cu ilin
yanvar-aprel aylarında "Azərkosmos" ASC-nin peyk və telekommunikasiya
xidmətlərinin ixracından gəlir 13,7 milyon dollar təşkil edib. Bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 47,3 faiz çox olub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin
hesabatında deyilir.
Bu ilin aprel ayında peyk xidmətlərinin ixracından 6 milyon dollar gəlir əldə
edilib. Bu, şirkətin əldə etdiyi ümumi gəlirin 89 faizini təşkil edib.
"Azərkosmos" tərəfindən 17 ölkəyə, o cümlədən ABŞ, Malayziya, Fransa,
Böyük Britaniya, BƏƏ və digər ölkələrə xidmətlər göstərilib.
ARB 24