


Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də ATƏT Parlament
Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.
Görüşdə Azərbaycanda iqtisadi inkişafın sabitliyə xidmət etdiyi vurğulanıb,
Bakıda mühüm beynəlxalq təbirlərin keçirilməsinin təkcə Azərbaycan üçün deyil, ümumilikdə
region üçün önəm daşıdığı bildirilib.
Söhbət zamanı Azərbaycan-ATƏT Parlament Assambleyası əlaqələri, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli, əməkdaşlığın perspektivləri ilə bağlı
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ARB 24