


"Bakı
Metropoliteni" QSC-nin Rusiyanın “Metrovaqonmaş” zavodundan aldığı 2 qatar
(10 vaqon) Bakıya çatıb.
Bununla bağlı xəbəri metronun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiq
edib.
“Qatarlar sabah depoya təhvil veriləcək. Daha sonra isə sınaq və sazlanma işləri
həyata keçiriləcək. Onların gələn ay xəttə buraxılması gözlənilir. Buna qədər 2
köhnə qatarın istismar müddəti bitəcək", - deyə o qeyd edib.
Bundan başqa, B.Məmmədovun sözlərinə görə, bu ilin sonuna qədər daha 4 qatar
(20 vaqon) hissə-hissə Bakıya gətiriləcək.
Xatırladaq ki, bu il yanvarın 31-də metropolitenlə “Metrovaqonmaş”ın daxil
olduğu “Transmaşholdinq” SC arasında 6 qatarın (30 vaqon) alınması ilə
bağlı müqavilə imzalanıb.
ARB 24