


“Fitch” beynəlxalq reytinq
agentliyi dünyada 2020-ci ildəki iqtisadi artımla bağlı proqnozunu 2,8 faizdən
2,7 faizədək azaldıb.
Bu meylin səbəbləri arasında Çin, ABŞ, Braziliya biznesinə yatırım perspektivlərinin
daralması nəticəsində artımın yavaşlanması, Çində istehlak artımının zəifliyi,
başqa inkişaf etməkdə olan ölkələrdə də daha mötədil artım gözləntiləri
göstərilir.
Həmçinin 2020-ci ilə dair Çində iqtisadi artım proqnozunu da 6,1
faizdən 6 faizə, ABŞ-da 1,9 faizdən 1,8 faizə, Braziliyada da 2,7 faizdən 2,2
faizədək azaldan “Fitch” cari il üçün dünya iqtisadi artımına dair 2,8 faizlik
proqnozunu təsdiq edib.
ARB 24