


Dövlət
İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul olmaq istəyən bakalavrlara müraciət
edib.
Mərkəzdən bildirilib ki, 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin
və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi bu gün saat
23.59-da başa catacaq.
İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək
istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə
olunub ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.
Müsabiqəyə yalnız 18 iyun saat 23.59-dək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları
seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.
ARB 24