


Prezident
İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan
işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Sənədə əsasən dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər
və digər işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta
hesabla 40% artırılır.
Dövlət başçısının digər sərəncamları ilə minimum aylıq əmək haqlarının məbləği
250 manat müəyyən edilib.
Dövlət peşə müəssisələrində çalışan, bilik bacarıqlarını Diaqnostik qiymətləndirilməsi
aparılmış müəllimlərin idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin
aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20% artırılıb.
Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının, Müdafiə Nazirliyini hərbi
qulluqçularının, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının,
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi
qulluqçularının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin
xüsusi rütbəsi olan əməkdaşlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin hərbi qulluqçularının, Dövlət Miqrasiya Xidmətinin xüsusi
rütbəsi olan əməkdaşlarının, Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının,
Dövlət Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının, Dövlət Sərhəd Xidmətinin
hərbi qulluqçularının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40% həcmində
artırılıb. O cümlədən Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşları da artırılıb.
ARB 24