


“Bu ilin 4
ayı ərzində əhalinin nominal gəlirləri inflyasiyanı 2 dəfə üstələyib”.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı
direktoru Vüsal Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, əhalinin nominal gəlirləri artmaqla inflyasiyanı daha da üstələyəcək:
“Pensiyaların da ilin sonuna qədər artımı gözlənilir. Bütövlükdə, maaş artımı
sahəsində əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata
keçirilən islahatlar bundan sonra da davam edəcək”.
V.Qasımlı qeyd edib ki, əhali gəlirlərini xərcləməsi iqtisadiyyat üçün stimul
verir: “Xərcləmək üçün gəlir lazımdır. Hesab edirəm ki, Prezidentin maaş artımı
ilə bağlı imzaladığı sosial inqilabi paketi Azərbaycanda iqtisadiyyata da müsbət
təsirlər göstərəcək. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində
həyata keçirilən iqtisadi islahatlar bundan sonra da davam edəcək”.
ARB 24