


Bu gün Milli
Məclisin Əmək və sosial siyasət komitəsi “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik
layihəsini müzakirəyə çıxarıb.
Dəyişiklik əmək pensiyalasının minimum məbləğinin artırılması ilə bağlıdır.
Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi
layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği)
mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1
oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək
pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin
məbləğə çatdırılmaqla ödənilir”.
Qanun layihəsi Milli Məclisin iyunun 28-də keçiriləcək plenar iclasında müzakirəyə
çıxarılacaq.
ARB 24