


Prezident İlham
Əliyev Daxili İşlər Naziri Ramil Usubovun vəzifəsindən azad edilərək Prezident
yanında Təhlükəsizlik Şurasının katibi təyin edilməsi barədə sərəncam
imzalayıb.
Dövlət başçısı Vilayət Eyvazovun Daxili İşlər Nazirinin birinci müavini vəzifəsindən
azad edilməsi barədə də sərəncam imzalayıb. Digər sərəncamla Vilayət Eyvazov
Daxili işlər Naziri təyin olunub.
Prezident İlham Əliyev həmçinin Mədət Quliyevi Dövlət Təhlükəsizlik Xidmətinin
rəisi vəzifəsindən azad edərək, müdafiə sənayesi naziri, Əli Nağıyevi isə Dövlət
Təhlükəsizliyi Xidmətinin rəisi təyin edib.
ARB 24