


Prezident İlham
Əliyev Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Tərəvəzçilik elmi tədqiqat
institu"nun fəaliyyətinin təkmilləşdirilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik
Elmi Tədqiqat İnstitutu nazirliyin tabeliyində publik hüquqi şəxs statusu olan
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Publik hüquqi şəxsin fəaliyyətə başlaması və nizamnamə fondunun
formalaşdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində
nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 1
milyon manat ayrılıb.
ARB 24