


İyunun 20-də
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər
Əliyev Fondunun vitse-prezidentiLeyla Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində
2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində
olublar.
Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün
sosial xidmət müəssisəsində uşaqlarla görüşüb, onların yaşayış şəraiti,
uşaqlara göstərilən sosial və reabilitasiyayönümlü xidmətlərlə tanış olublar.
Mehriban Əliyeva və Leyla Əliyeva müəssisədəki uşaqların əl işlərindən ibarət sərgiyə
baxıblar.
Sağlamlıq imkanları məhdud uşaqların funksional çatışmazlıqlarının aradan
qaldırılması, onların bacarıqlarının inkişaf etdirilməsi üçün aparılan
reabilitasiya işlərindən biri də onların yaradıcılıq potensiallarının
inkişafıdır. Uşaqlar muncuqlarla, plastilinlə müxtəlif əl işləri hazırlayır, rəsmlər
çəkir, konstruktor oyunları ilə məşğul olurlar. Müəssisənin sakinləri özlərinin
hazırladıqları əl işlərini Mehriban Əliyevaya və Leyla Əliyevaya hədiyyə ediblər.
Qeyd edək ki, bu müəssisə 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən
qurulub. Hazırda burada 5-18 yaş arasında 170-dək uşaq yaşayır. Onlar əsasən
uşaq serebral iflici, autizm, daun sindromu, fiziki və əqli inkişafdan
geriqalma, mərkəzi sinir sisteminin zədələnməsi – ense-folo-patiya, parez kimi
xəstəliklərdən əziyyət çəkirlər.
Birinci vitse-prezident sosial xidmət müəssisəsinin sakinlərinin əhvalı ilə
maraqlanıb, onların müalicəsinin müsbət nəticələr verdiyinin şahidi olub. Belə
ki, müəssisənin sakinlərindən biri - Xəyalə Hüseynova Mehriban Əliyeva ilə söhbət
zamanı Azərbaycan və ingilis dillərində “əlillik qüsur deyil və yaşamaq,
yaratmaq üçün məhdudiyyət ola bilməz” dedi. Azərbaycanın Birinci
vitse-prezidenti uşaqların arzularını dinləyib, yenidən onların yanına qonaq gələcəyini
bildirib, onlara uğurlar arzulayıb. Mehriban Əliyeva uşaqlarla birlikdə kitab
oxuyub, nəşrdəki şəkilləri müzakirə edib. Uşaqlar Mehriban Əliyevaya və Leyla
Əliyevaya öz bacarıqlarını nümayiş etdiriblər. Onlar Prezident İlham Əliyevin Sərəncamı
ilə bu ilin “Nəsimi İli” elan olunduğunu bildirərək, şairin şerlərini səsləndiriblər,
mahnılar, rəqslər ifa ediblər.
Sağlamlıq imkanları məhdud uşaqlara dövlət qayğısı ildən-ilə artır. Dövlətimizin
başçısının 2019-cu il 15 aprel tarixli Fərmanı ilə həmin uşaqlar üçün aylıq
sosial müavinətin məbləği əhəmiyyətli şəkildə artırılmaqla, onlara qulluq edənlər
üçün Prezidentin aylıq təqaüdü də təsis olunub. Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi
nəticəsində Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya
Müəssisəsi istifadəyə verilib. Bu müəssisədə uşaqlar üçün müasir tələblər səviyyəsində,
nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.
Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət
müəssisəsində 12 reabilitasiya otağı fəaliyyət göstərir və onlarda müasir dövrdə
prioritet olan yeni reabilitasiya metodları - aktiv terapiya, oyun, ünsiyyət,
musiqi, rəqs və digər terapiya növləri və hər bir uşaqla fərdi inkişaf planı əsasında
işlər aparılır.
Sonda müəssisəyə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
ARB 24