


Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan və
Ermənistan xarici işlər nazirlərinin Vaşınqton görüşünün nəticələri barədə
açıqlama yayıb.
Nazirlikdən verilən məlumata görə, aşıqlamada deyilir ki, Azərbaycan tərəfi,
bundan öncə Paris və Moskvada eyni formatda keçirilmiş görüşlərin davamı
olaraq, bu ilin 20 iyun tarixində Vaşınqtonda Azərbaycan və Ermənistan xarici
işlər nazirlərinin görüşünü təşkil etdiyi üçün ATƏT-in Minsk Qrupunun həmsədr
ölkəsi qismində ABŞ-a minnətdarlığını ifadə edir.
XİN bildirir: "Hesab edirik ki, bu kimi görüşlər müsbət xarakter daşıyır və
danışıqlar prosesinin irəli aparılmasına xidmət edir. 3 saatdan çox davam edən
görüşdə əsas müzakirə mövzusunu nazirlərin bundan öncəki Paris və Moskva görüşləri
nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi təşkil
edib.
Vaşınqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu
ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər
təqdim ediblər.
Yaxın aylarda eyni formatda növbəti görüşün keçirilməsinə dair ümumi razılıq əldə
olunub".
ARB 24