


Monteneqronun
Baş naziri Duşko Markoviç Azərbaycana rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq
Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Monteneqronun Baş naziri Duşko Markoviçi hava limanında Azərbaycan
Respublikasının Baş nazirinin müavini Əli Həsənov və digər rəsmi şəxslər
qarşılayıblar. Azərbaycan və Monteneqronun dövlət himnləri səsləndirilib.
ARB 24