


Azərbaycan
Prezidenti İlham Əliyev Avropa İttifaqı
Şurasının yeni seçilmiş Prezidenti Şarl Mişelə
təbrik məktubu göndərib.
Məktubda deyilir: “Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin
daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi
istiqamətində birgə səylər göstərəcəyik”.
Dövlət başçısı Şarl Mişelə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətində
uğurlar diləyib.
Avropa Komissiyasının yeni seçilmiş Prezidenti Ursula fon der Lyayenə təbrik məktubunda
Prezident İlham Əliyev inandığını bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı
arasındakı əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə
inkişaf edəcək.
Azərbaycan Prezidenti Avropa Komissiyasının yeni seçilmiş Prezidentinə möhkəm
cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işində uğurlar diləyib.
ARB 24