


Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Qırğızıstandan Azərbaycana
keçib.
Bunu Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov təşkilatın xarici
işlər nazirlərinin Bakıda keçirilən 7-ci iclasında bildirib.
O, sədrliyin Azərbaycana Naxçıvan sazişinin imzalanmasının 10 illiyinin qeyd
olunduğu vaxtda keçdiyini xüsusi vurğulayıb.
Xatırladaq ki, oktyabrın 15-də Bakıda Türk Şurasının VII sammiti keçiriləcək.
Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası)
yaradılması haqqında Naxçıvan sazişinin (3 oktyabr 2009) imzalanmasının 10
illiyinə həsr edilib. Sazişi Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan
liderləri imzalayıblar.
ARB 24