


Bakı Dövlət
Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının
müdiri, akademik Vasim Məmmədəliyev 77 yaşında vəfat edib.
Bu barədə onun yaxınları xəbər veriblər.
Yaxınlarının sözlərinə görə, V.Məmmədəliyev axşam saatlarında dünyasını dəyişib.
V.Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda anadan olub. O, 154 elmi
əsərin, o cümlədən 21 monoqrafiyanın, dərsliyin, tərcümənin, 132 elmi
məqalənin müəllifidir. Xaricdə 50-dən çox elmi əsəri dərc olunub.
V.Məmmədəliyev akademik Ziya Bwnyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi
ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş
bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub.
V.Məmmədəliyev 1992-ci ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adı ilə,
2002-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. İraq
Elmlər Akademiyasının, Suriya İslam Elmləri və Ərəb Filologiyası
Akademiyasının, İslam Konfransı Təşkilatının İslam Hüququ Akademiyasının həqiqi
üzvü idi.
2003-cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi fəxri adı ilə təltif
edilən V.Məmmədəliyev BDU-da Ərəb Filologiyası kafedrasının müdiri,
İlahiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!
ARB 24